Futbol üzrə Almaniya millisinin heyətində dünya çempionu olmuş Tomas Bertold ölkə prezidentliyinə namizəd göstərilib.
İdman.Biz xəbər verir ki, Almaniya üçün Alternativ (AfD) partiyası 62 yaşlı keçmiş futbolçunun namizədliyini rəsmən irəli sürüb. Bu barədə partiyanın həmsədrləri Tino Çrupalla və Alis Vaydel birgə bəyanat yayıblar.
Partiya rəhbərləri heç bir siyasi təşkilatın üzvü olmayan Bertoldun namizədliyini belə əsaslandırıblar:
“Tomas Bertoldun timsalında bütün almanları həqiqətən təmsil edə biləcək namizəd tapmışıq. Biz bilərəkdən partiya mənsubiyyəti olmayan şəxsə üstünlük veririk. Çünki dövlət rəhbərliyində yeni başlanğıc istəyirik”.
Bertold 1990-cı ildə Almaniya millisinin heyətində dünya çempionu olub. Keçmiş müdafiəçi yığmada 62 oyun keçirib. Klub karyerası ərzində “Ayntraxt” (Frankfurt), “Bavariya” və “Ştutqart” kimi komandalarda çıxış edib.
Qeyd edək ki, Almaniyada prezident seçkisi 2027-ci il yanvarın 30-da keçiriləcək. Yeni dövlət başçısını Federal Assambleya seçəcək. Hazırkı prezident Frank-Valter Ştaynmayer iki müddət bu vəzifədə çalışdığı üçün yenidən namizəd ola bilməz.
