Peşəkar italiyalı futbolçu 47 nəfərin faciəli şəkildə öldüyü yanğından sağ çıxıb

Xəbərlər
3 Yanvar 2026 12:40
84
Peşəkar italiyalı futbolçu 47 nəfərin faciəli şəkildə öldüyü yanğından sağ çıxıb

Futbol üzrə İtaliyanın B Seriyasında təmsil olunana “Peskara” klubunun 18 yaşlı futbolçusu Eliot Telen İsveçrənin Kran-Montana şəhərində gecə klubunda baş verən dəhşətli yanğından sağ çıxıb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 47 nəfərin həyatını itirib.

Gənc futbolçu artıq xəstəxanadan buraxıldığını və vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Telen yaşadığı anları dəhşətli səhnələr kimi xatırladığını qeyd edib.

Onun sözlərinə görə, ən yaxın dostlarından birinin əməliyyata ehtiyacı var.

Digər bir dostunun isə hazırda reanimasiya şöbəsində olduğu bildirilir.

Futbolçu bu faciənin onun üçün ağır psixoloji iz buraxdığını da gizlətməyib.

İdman.Biz
Məqalədə: