“Dakar” rallisinin proloq mərhələsində baş verən insident emosional görüntülərlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, yarış iştirakçılarından biri avtomobilinin çevrilməsindən və proloqda mübarizəni dayandırmaq məcburiyyətində qalmasından sonra əsəblərinə hakim ola bilməyib.
O, avtomobilini təpiklə vurub və emosional şəkildə özünə qarşı sərt ifadələr işlədib:
“Mən burada ən əsas adamam və axmaqların axmağıyam”.
Qeyd edək ki, “Dakar” rallisində proloq mərhələsi kvalifikasiya funksiyasını daşıyır. Məhz bu mərhələnin nəticələrinə əsasən ilk onluğa düşən pilotlar əsas yarış üçün start mövqelərini özləri seçmək hüququ əldə edirlər.
Bu səbəbdən proloqda yaşanan hər bir problem və ya vaxt itkisi yarışın sonrakı gedişinə ciddi təsir göstərə bilər. Bu hadisə də sürücülər üçün proloqun nə qədər həlledici mərhələ olduğunu bir daha göstərib.
