Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

23 Oktyabr 2026 17:27
133
Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycan idmançısı Elmir Rzalı uğurla çıxış edib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın beynəlxalq səviyyəli bodibilderi, Beynəlxalq Bodibildinq Fitnes Assosiasiyasının Avrasiya və Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Şıxəliyev məlumat verib.

O bildirib ki, idmançı “Jr. Men’s Athletic” kateqoriyasında gümüş medal qazanaraq Avropa çempionatının mükafatçısı olub.

Elmir Rzalı Vətən müharibəsində şəhid olmuş Əli Rzalının qardaşıdır.

İdman.Biz