Lökbatanda yeni idman zalı açıldı - Fərid Qayıbov mərasimdə iştirak etdi - FOTO

22 Oktyabr 2026 20:13
111
Lökbatanda yeni idman zalı açıldı - Fərid Qayıbov mərasimdə iştirak etdi

Oktyabrın 22-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun (“TT FIGHT”) yeni idman zalının açılışı olub.

İdman.Biz xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir Fərid Qayıbov gənc idmançıların məşq prosesini izləyib və onlarla söhbət edib.

Açılış mərasiminin bədii hissəsində gənc idmançılar nümunəvi çıxışlarını nümayiş etdiriblər.

İdman.Biz