Kasım-Jomart Tokayev: “İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir”

Xəbərlər
5 Yanvar 2026 12:48
82
Kasım-Jomart Tokayev: “İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir”

“Prezident İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir”.

İdman.Biz xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində idmanla məşğul olmağı ilə seçilən MDB üzrə həmkarları ilə bağlı suala cavab verərkən bildirib.

“Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxşı fiziki formadadır, o da idman zalında məşq edir. Ermənistanın baş naziri Nikol Paşinyan velosipedçidir. Məlum olduğu kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko hələ də xokkey oynayır. Tacikistan Prezidenti Emoməli Rəhmon da sağlamlığından şikayət etmir, dənizçi dözümlülüyünə malikdir. Beləliklə, bütün həmkarlar əla fiziki formadadırlar”, – deyə o, qeyd edib.

Tokayevin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı fənd tətbiq edərək, yaşlı nəslin şərəfini qoruyub.

İdman.Biz