Azərbaycan idmançıları Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq surfkastinq (sahildən balıq ovu) yarışında uğur qazanıblar.
İdman.Biz xəbər verir ki, noyabrın 14-15-də təşkil olunan turnirdə Azərbaycan Su İdmanı Federasiyasını “BAKI” Balıqçılar Klubunun üzvləri Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.
İdmançılarımız yarış ərzində ümumilikdə 17 balıq tutaraq 502 xal toplayıblar. Bu nəticə Azərbaycan komandasına birinci yeri qazandırıb.
Təmsilçilərimiz, həmçinin turnirin “Ən böyük balıq” xüsusi mükafatına layiq görülüblər.

