“Xilasedici”nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib

Xəbərlər
27 Noyabr 2025 11:08
31
“Xilasedici”nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının Çelenc Kubokunun 1/16 final mərhələsində Belçika təmsilçisi “Lindemans”a qarşı keçirəcəyi oyunların tarixi bəlli olub.

İdman.Biz Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda ilk oyununa dekabrın 9-da Bakıda çıxacaq.

Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək. Komandalar arasında cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi 1/32 finalda Rumıniyanın “Styaua” komandasını mübarizədən kənarlaşdırıb.

İdman.Biz