“Neftçi” qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən klub “321 Sports Club” stadionunda baş tutan matçda Qazaxıstanın “Kayrat” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə bitib. "Ağ-qaralar"ın heyətində Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) fərqləniblər.

Qeyd edək ki, “Kayrat” hazırda Çempionlar Liqasının iştirakçısıdır.
19:06
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” komandası ilk yoxlama oyununda məğlub olub.
İdman.Biz-in məlumatına görə, Saşa İliçin baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qoluna Rüstəm Əhmədzadə imza atıb.
09:44
Bu gün Misli Premyer Liqasını təmsil edən “Neftçi” və “Sumqayıt” yoxlama görüşlərinə çıxacaq.
İdman.Biz xəbər verir ki, mövsümün ikinci yarısına Əbu-Dabidə hazırlaşan “ağ-qaralar” Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” isə Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək.
Bu görüşün start fiti Bakı vaxtı ilə 16:00-da səslənəcək.
