Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq Hakimlər Komitəsinin sədri Barış Şimşəyə Türkiyə Futbol Federasiyasında (TFF) yeni vəzifə verilib.
İdman.Biz xəbər verir ki, Barış Şimşək TFF-nin Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni tərkibinə daxil edilib.
Barış Şimşək Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdır. O, 2022-2024-cü illərdə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsində çalışıb və ölkədə hakimlik sisteminə rəhbərlik edib.
TFF-də aparılan kadr dəyişiklikləri çərçivəsində tanınmış ingiltərəli hakim Entoni Teylor Mərkəzi Hakimlər Komitəsinin sədri təyin olunub. O, bundan əvvəl elit hakimlər üzrə direktor vəzifəsində çalışıb.
Komitənin digər üzvləri Alan Snoddi və İqor Radoyçiçdir.
Beləliklə, Azərbaycan futbolunda hakimlik sisteminə rəhbərlik etmiş Barış Şimşək fəaliyyətini Türkiyə futbolunun hakimlik strukturunda davam etdirəcək.
