Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib - YENİLƏNİB

Xəbərlər
9 Yanvar 2026 19:36
114
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

İdman.Biz xəbər verir ki, qadınların yarışında səkkizinci turda “Gəncə” evdə “Milli Aviasiya Akademiyası”nı qəbul edib.

Gəncə İdman Sarayında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2 (20:25, 22:25, 25:19, 25:15, 15:9).

Kişilərin mübarizəsində isə ikinci turdan təxirə salınan matçda “Azərreyl” “Gənclər”i 3:0 (25:11, 25:12, 25:20) hesabı ilə məğlub edib.

09:56

Bu gün Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, qadınların yarışında səkkizinci tur çərçivəsində bir görüş baş tutacaq.

“Gəncə” komandası doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

Qarşılaşma Gəncə İdman Sarayında keçiriləcək və saat 15:00-da start götürəcək.

Kişilərin mübarizəsində isə ikinci turdan təxirə salınan “Azərreyl” - “Gənclər” oyunu keçiriləcək. Matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq və saat 16:00-da başlayacaq.

İdman.Biz