“Xilasedici” voleybol klubu Çelenc Kubokunun 1/16 final mərhələsinin “Lindemans”la (Belçika) baş tutacaq cavab matçına çox ciddi hazırlaşıb.
Bunu komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis ilk dəfə iştirak etdikləri beynəlxalq yarışın onlar üçün böyük təcrübə olduğunu söyləyib.
“Evdə 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq, bugünkü matça çox yaxşı hazırlaşmışıq. Oyunçuların motivasiyası yüksəkdir, itirəcək heç nəyimiz yoxdur. Meydançaya qələbə üçün çıxacağıq. “Xilasedici” ilk dəfə Avropada mübarizə aparır. İstər oyunçular, istərsə də məşqçilər heyəti olsun, çox işlər görmüşük. Birinci mərhələni uğurla keçdik. Bu, bizim üçün böyük təcrübədir. Ümid edirəm ki, Bakıya qələbə ilə dönəcəyik”, - deyə o, “Report”a açıqlamasında bildirib.
Qeyd edək ki, “Lindemans” - “Xilasedici” görüşü Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
