Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırdı - YENİLƏNİB

8 Yanvar 2026 02:36
333
Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırdı

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çıxıb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan təmsilçisi Belçikada yerli “Lindemans” kollektivinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb və “Xilasedici” Çelenc Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.

09:12

Bu gün kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan təmsilçisi Belçikada yerli “Lindemans AALST” kollektivinin qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.

İdman.Biz