Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında səkkizinci tura start verilib.
İdman.Biz-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İkinci görüşdə UNEC komandası “DH Volley”i 3:2 hesabı ilə üstələyib. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.
Günün ilk matçında “Turan” “Azərreyl”i 3:0 (25:8, 25:18, 25:19) hesabı ilə məğlub etmişdi.
16:09
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında səkkizinci tura start verilib.
İdman.Biz xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində baş tutan günün ilk matçında “Turan” “Azərreyl”i 3:0 (25:8, 25:18, 25:19) hesabı ilə məğlub edib.
Qeyd edək ki, günün ikinci matçı saat 18:00-da baş tutacaq. “DH Volley” UNEC-lə üz-üzə gələcək.
09:12
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında səkkizinci tura start veriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Saat 13:30-da “Turan” “Azərreyl”lə qarşılaşacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.
Saat 18:00-da isə “DH Volley” UNEC-lə üz-üzə gələcək. Bu oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşacaq.
