Bu gün Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti matçlar baş tutacaq.
İdman.Biz xəbər verir ki, qadınların yarışında iki təxirə salınan oyun keçiriləcək.
Yeddinci turdan təxirə salınan matçda “Milli Aviasiya Akademiyası” evdə “Gənclər”i qəbul edəcək. İkinci turdan təxirə salınan qarşılaşmada isə UNEC evdə “Abşeron”la üz-üzə gələcək.
Kişi voleybolçuların birinciliyində isə doqquzuncu tura start veriləcək. “Azərreyl” Fövqəladə Hallar Nazirliyinin idman zalında “Ordu” ilə qarşılaşacaq.
Qeyd edək ki, hər üç görüş saat 17:00-da başlayacaq.
