Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikov ilə müqavilə müddətini yeniləyib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt klubu qazaxıstanlı mütəxəssislə sözləşməni daha bir il uzadıb.
67 yaşlı çalışdırıcı 2023-cü ildən “dəmiryolçular”da işləyir.
“Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında iki dəfə Azərbaycan Yüksək Liqasının qızıl medallarına sahib çıxıb.
Boris Qrebennikov, həmçinin kişilərdən ibarət Azərbaycan millisinə də rəhbərlik edir.
