Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti finalçı müəyyənləşib.
“Turan” və “Gəncə” kollektivləri arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 hesablı üstünlüyü ilə bitib.
Tovuz komandası birinci görüşdə də eyni hesabla qalib gəlmişdi.
“Turan” finalda “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək.
09:27
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu baş tutacaq.
İdman.Biz xəbər verir ki, “Turan” “Gəncə” ilə qarşılaşacaq.
Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 18:00-da start götürəcək.
İlk qarşılaşmada “Turan” rəqibini 3:0 hesabı ilə üstələyib.
Cütün qalibi finalda “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək. Məğlub tərəf üçüncü yer uğrunda görüşdə “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılmalıdır.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
