Nərgiz İsmayılova Avropa Liqasının oyunlarında supervayzer olacaq

11 İyun 2026 17:39
90
Nərgiz İsmayılova Avropa Liqasının oyunlarında supervayzer olacaq

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilir ki, N.İsmayılova qadın voleybolçular arasında Gümüş Avropa Liqasının oyunlarına supervayzer təyin olunub.

AVF rəsmisi iyunun 12-dən 14-nə qədər Yunanıstanın Saloniki şəhərində, 19-21 iyunda isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Yunanıstanda baş tutacaq oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar. Estoniyada təşkil olunacaq qarşılaşmalarda isə Latviya, Yunanıstan və ev sahibi Estoniya milli komandaları iştirak edəcəklər.

İdman.Biz