“Gəncə” serbiyalı voleybolçu transfer edib

12 İyun 2026 15:49
96
“Gəncə” serbiyalı voleybolçu transfer edib

“Gəncə” voleybol klubu heyətini yeni transferlə gücləndirib.

İdman.Biz xəbər verir ki, “Gəncə” Voleybol Klubu məlumat yayıb.

Bildirilir ki, serbiyalı Militsa Vukoviçlə müqavilə imzalanıb.

Təcrübəli oyunçu karyerası ərzində Serbiya və Portuqaliya çempionatlarında çıxış edib.

Onun son klubu Azərbaycanın “Abşeron” komandası olub.

İdman.Biz