Ziya Rəcəbov: “Finalda “Turan”ın qələbə qazanacağına inanıram”

13 Aprel 2026 22:20
137
Ziya Rəcəbov: “Finalda “Turan”ın qələbə qazanacağına inanıram”

Qadınlardan ibarət “Turan” voleybol komandasının Azərbaycan Yüksək Liqasında qalib olmaq şansı yüksəkdir.

İdman.Biz xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.
Məşqçi “Gəncə”ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışıb.

“Bu gün Tovuzda əsl bayram əhval-ruhiyyəsi var idi. Əlbəttə, bu, “Turan” voleybol komandasının sayəsində idi. Biz qızlardan daha yaxşı performans gözləyirik və çempion olmaq istəyirik. Hamımız kuboku qazanmağı hədəfləmişik. Finalda “Turan”ın qələbə qazanacağına inanıram”, - Rəcəbov qeyd edib.

Mütəxəssis final oyununa çox ciddi hazırlaşacaqlarını bildirib.

“Dünyada bu cür praktika yoxdur. Ən azından final iki oyundan ibarət olmalıdır. Türkiyəyə və digər yaxın ölkələrə baxsaq, fərqli sistemlər görərik. Biz isə verilən qərarlara uyğun hərəkət edirik. Bizim üçün fərqi yoxdur. Aprelin 19-u final günüdür və biz həmin oyuna düzgün hazırlaşıb çempion olmaq istəyirik”, - o, əlavə edib.

Qeyd edək ki, “Turan” yarımfinalda “Gəncə”ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Klub finalda “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək

İdman.Biz