Ayşən Abduləzimova: “Avropa çempionatı daha vacib yarışdır”

4 İyun 2026 20:45
104
Ayşən Abduləzimova: “Avropa çempionatı daha vacib yarışdır”

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatı daha vacib yarışdır.

İdman.Biz bildirir ki, bunu yığma üzvü Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

Voleybolçu hazırlıq prosesinin yekunları və qarşıdakı rəqiblər barədə danışıb: “Hazırlıq prosesi başa çatdı. Sabah İsveç yığması ilə ilk qarşılaşma baş tutacaq. Rəqib güclüdür və oyunun çətin keçəcəyi gözlənilir. Lakin uğurlu nəticə üçün hər bir voleybolçu maksimum güc sərf edəcək. Estoniya ilə növbəti görüş nisbətən rahat görünsə də, bütün oyunlara eyni məsuliyyətlə yanaşmaq lazımdır”.

O, millinin şanslarını dəyərləndirib: “Şanslar olduqca böyükdür. Hər şey planlaşdırıldığı kimi davam edərsə, yaxşı nəticə qazanmaq mümkündür. Avropa çempionatı bu yarışdan daha vacib hesab olunsa da, turnir reytinq xalları baxımından böyük əhəmiyyət daşıyır. Bu səbəbdən rəqibləri və yarışı kiçiltmək olmaz”.

Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

İdman.Biz