Kişi voleybolçular Avropa Liqasında mübarizəyə başlayır

4 İyun 2026 13:59
393
Kişi voleybolçular Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycanın kişi voleybol millisi Gümüş Avroliqada starta hazırlığını başa çatdırıb.

İdman.Biz Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Ankarada təlim-məşq toplanışının yekun mərhələsini başa vurub və iyunun 5-də turnirin birinci turunun oyunlarının keçiriləcəyi İsveçə yollanacaq.

Toplanış çərçivəsində Azərbaycan voleybolçuları Türkiyə millisi ilə iki yoxlama oyunu keçiriblər. Görüşlərdən birində meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşma isə heç-heçə başa çatıb - 2:2.

Azərbaycan millisi Avroliqada ilk oyununu iyunun 6-da Yunanıstan komandasına qarşı keçirəcək. Ertəsi gün, iyunun 7-də Azərbaycan voleybolçuları meydan sahibləri - İsveç yığması ilə qarşılaşacaqlar.

İdman.Biz