Qadın voleybol millimiz Avropa Liqasına hazırlıqları başa vurub - FOTO

4 İyun 2026 19:30
95
Qadın voleybol millimiz Avropa Liqasına hazırlıqları başa vurub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıqları başa vurub.

İdman.Biz xəbər verir ki, komandanın bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan son məşqini media nümayəndələri izləyiblər.

Yığmamızın baş məşqçisi Faiq Qarayev və kapitan Ayşən Abduləzimova jurnalistlərin suallarını cavablandırıblar. Onlar komandanın hazırlıq səviyyəsi və qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyununu sabah Bakıda İsveç yığmasına qarşı keçirəcək.

İdman.Biz