“Gəncə”nin voleybolçusu Ukrayna millisinə çağrılıb

3 İyun 2026 12:21
89
“Gəncə”nin voleybolçusu Ukrayna millisinə çağrılıb

“Gəncə”nin voleybolçusu Olena Napalkova Ukrayna millisinə dəvət alıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” Voleybol Klubu məlumat yayıb.

Ukrayna millisinin polşalı baş məşqçisi Yakub Qluşak voleybolçuya Millətlər Liqası və Avropa çempionatının oyunları üçün dəvət göndərib.

Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq. İyunun 3-7-də Ukrayna millisi ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.

Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21-27-də Çexiyada mübarizə aparacaq.

İdman.Biz