Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilir ki, baş məşqçi Faiq Qarayev yığmaya 14 oyunçu dəvət edib.
Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova
Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Qeyd edək ki, Azərbaycan yığması Gümüş Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda rəqiblər İsveç və Estoniya milliləri olacaq.
