Ukraynalı voleybolçu “Gəncə”də karyerasını davam etdirəcək

1 İyun 2026 12:28
92
Ukraynalı voleybolçu “Gəncə”də karyerasını davam etdirəcək

“Gəncə” klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” Voleybol Klubu məlumat yayıb.

Bildirilib ki, Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə də komandanın formasını geyinəcək.

Qeyd edək ki, Olena Napalkova 2024/2025 mövsümündə “Gəncə”nin heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.

İdman.Biz