Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, eləcə də federasiya əməkdaşları Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Gənclər və İdman Nazirliyinin Bakıda yerləşən Voleybol Mərkəzində baş tutan tədbirdə Ş.Bağırov iştirakçıları salamlayaraq beynəlxalq seminarların məşqçilərin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, iştirakçılara uğurlar arzulayıb, onların daim çalışaraq peşəkarlıqlarının artırılması və biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşme qonaqlara seminarla bağlı ətraflı məlumat verib.
