Qadın voleybolçulardan ibarət milli komandamız xaricdəki təlim-məşq toplanışını başa vurub

30 May 2026 11:41
156
Qadın voleybolçulardan ibarət milli komandamız xaricdəki təlim-məşq toplanışını başa vurub

Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, 12-16 may tarixlərində Macarıstanda təlim-məşq toplanışında olan komandamız bu ölkənin yığma komandası ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan voleybolçularımız mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin “Colgate” klubunu (3:0) məğlub edib.

Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.

İdman.Biz