2026-cı ildə keçiriləcək Avropa çempionatının (EuroVolley-2026) rəsmi topları təqdim olunub.
İdman.Biz bildirir ki, Azərbaycanın da ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının rəsmi topları CEV və “Mikasa” tərəfindən hazırlanıb və müasir dizaynla klassik üslubun qarışığı şəklindədir. Toplar final mərhələsinə ev sahibliyi edəcək ölkələrin rənglərini əks etdirir. Qadınların yarışında final mərhələsi Türkiyədə, kişilərdə isə İtaliyada təşkil olunacaq.
Qeyd edək ki, ölkəmizdə bir qrupun oyunları keçiriləcək. Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq. Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində Bakı Milli Gimnastika Arenasında baş tutacaq.
