Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığın növbəti mərhələsini tamamlayıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.
Yığma 22-27 may tarixlərində keçirilən hazırlıq prosesi çərçivəsində yerli “Minsk” klubu ilə iki yoxlama oyunu keçirib. Millimiz hər iki qarşılaşmada rəqibinə uduzub. İlk matç 0:4, ikinci oyun isə 1:3 hesabı ilə başa çatıb.
Azərbaycan komandası hazırlığını Avropa Liqasının ilk tur oyunları üçün davam etdirəcək. Rəsmi təqvimə əsasən, kişilərdən ibarət millimiz 6 iyunda Yunanıstan, 7 iyunda isə İsveç yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının ilk turunun oyunları İsveçdə təşkil olunacaq.
