“Ordu” voleybol komandasının baş məşqçisi: “Bu nəticə zəhmətin qarşılığıdır”

22 May 2026 14:13
109
“Ordu” voleybol komandasının baş məşqçisi: “Bu nəticə zəhmətin qarşılığıdır”

“Ordu” voleybol komandasının baş məşqçisi Cavid Süleymanov Azərbaycan çempionatının Yüksək Liqasında mövsümü ikinci pillədə başa vurmalarını qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandanın əldə etdiyi nəticəni zəhmət və intizamla əlaqələndirib.

O bildirib ki, mövsümün ikinci pillədə tamamlanması təsadüfi nəticə deyil:

“Bu nəticə zəhmətin və intizamın qarşılığıdır. Azərbaycan çempionatının Yüksək Liqasında mövsümü ikinci pillədə başa vurmağımız komandanın sistemli və məqsədyönlü fəaliyyətinin göstəricisidir. İndi əsas məqsədimiz bu tempi qoruyub saxlamaq və növbəti mövsümə eyni ciddiyyətlə hazırlaşmaqdır”.

Cavid Süleymanovun sözlərinə görə, “Ordu”nun növbəti hədəfi sabit çıxış xəttini qorumaq və yeni mövsümə daha güclü hazırlaşmaqdır.

İdman.Biz