“Gəncə” voleybol klubu məşqçi ilə müqaviləni yenilədi

21 May 2026 17:48
103
“Gəncə” voleybol klubu məşqçi ilə müqaviləni yenilədi

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu məşqçisi Xanlar Ələkbərov ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” klubu məlumat yayıb.

Mütəxəssis 2026/2027 mövsümündə də komandada işinə davam edəcək.

Məlumatda qeyd olunur ki, “Gəncə” voleybol klubu yeni mövsümdə də qarşıya qoyulan hədəflər üçün çalışacaq.

İdman.Biz