Azərbaycanın voleybol millisi Belarusda Avropa Liqasına hazırlaşacaq - FOTO

22 May 2026 10:31
95
Azərbaycanın voleybol millisi Belarusda Avropa Liqasına hazırlaşacaq - FOTO

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığın növbəti mərhələsini Belarusda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, yığmamız bu məqsədlə Minskə yola düşüb. Altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Milli komandanın baş məşqçisi Boris Qrebennikov hazırlıq prosesinə 17 idmançı cəlb edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının birinci tur oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 12-14 iyunda Rumıniyada, üçüncü turun oyunları isə 19-21 iyunda Bakıda təşkil olunacaq.

İdman.Biz