Azərbaycanın kişi voleybol yığması Avropa Liqasına hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, komanda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan təlim-məşq toplanışında qarşıdakı oyunlara hazırlaşır. Hazırlıq prosesinə baş məşqçi Boris Qrebennikov rəhbərlik edir.
Bu gün media nümayəndələri millinin məşqini izləyiblər. Daha sonra məşqçi heyəti və voleybolçular jurnalistlərin suallarını cavablandıraraq komandanın hazırlıq səviyyəsi və qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını 5-7 iyunda İsveçdə keçirəcək. Yığmamız turnir çərçivəsində İsveç və Yunanıstan komandaları ilə qarşılaşacaq.
