“Gəncə” heyətini təcrübəli oyunçu ilə möhkəmləndirdi

13 May 2026 10:13
105
“Gəncə” heyətini təcrübəli oyunçu ilə möhkəmləndirdi

“Gəncə” voleybol komandası heyətini gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” voleybol klubu məlumat yayıb.

Bildirilib ki, təcrübəli voleybolçu Leyla Parşkova yenidən komandanın sıralarına qoşulub.

Qeyd edək ki, oyunçu 2023/2024 mövsümündə də “Gəncə”nin formasını geyinib və komandanın uğurları üçün mübarizə aparıb.

İdman.Biz