Qadın voleybolçulardan ibarət “Turan” klubu baş məşqçisi Ziya Rəcəbovla müqavilənin müddətini uzadıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, mütəxəssis növbəti mövsümdə də bölgə klubuna rəhbərlik edəcək.
“Turan” başa çatan mövsümdə Ziya Rəcəbovun başçılığı altında Yüksək Liqanın çempionu olub.
Mütəxəssis, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevin köməkçisidir.
