Azərbaycanın “Gəncə” voleybol komandası baş məşqçi Rafael Petry ilə əməkdaşlığı davam etdirəcək.
İdman.Biz xəbər verir ki, braziliyalı mütəxəssis növbəti mövsümdə də Gəncə təmsilçisinin sükanı arxasında olacaq.
Petrynin rəhbərliyi altında “Gəncə” Azərbaycan Yüksək Liqasının 2025/2026-cı illər mövsümünü bürünc medalla başa vurub. Klub qarşıdakı mövsümdə də onunla yeni uğurlar qazanmağı hədəfləyir.
