Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçməkdir”

6 Oktyabr 2026 15:55
76
Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçməkdir”

“Turan” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov CEV Çempionlar Liqasında Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə oyun öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında təcrübəli voleybolçulardan ibarət heyət formalaşdırmağın düzgün seçim olduğunu bildirib.

“Avropada təlim-məşq toplanışı qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları, sonda isə “Fənərbağça” ilə yoldaşlıq görüşləri keçirdik. Hazırlıq zamanı həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub.

Təcrübəli voleybolçulardan ibarət heyətin toplanması mənim seçimim idi. Çempionlar Liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Təcrübə hər zaman sözünü deyir”.

Z.Rəcəbov qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:

“Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir”.

Qeyd edək ki, “Turan” CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Mladost”la qarşılaşacaq. İlk oyun oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və saat 19:00-da başlayacaq.

İdman.Biz