Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” Voleybol Klubunun təşkilatçılığı ilə ilk dəfə baş tutan festival “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında təşkil olunub.
İdman.Biz-in bölgə müxbirinin məlumatına görə, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqidir.
Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçirilib, həmçinin dostluq oyunu təşkil olunyb. 10-14 yaşlı uşaqlar arasında mini voleybol turniri, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil olunub.
Festivalın xüsusi məqamlarından biri “Gəncə” VK-nın 2026-2027-ci illər mövsümü üçün formalaşdırılan heyəti azarkeşlərə təqdim olunub.
İştirakçılar və azarkeşlər sevimli voleybolçuları ilə görüşüb onlardan avtoqraf alıb, xatirə şəkilləri çəkdiriblər. Eyni zamanda, festivalın rəngarəngliyini artırmaq məqsədilə fləşmob keçirilib.
Festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təşkil edilib.
