“Turan” voleybol komandasının üzvü Nilufər Ağazadə CEV Çempionlar Liqasında iştirakla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, voleybolçu bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında ilk dəfə turnirdə iştirak etsələr də, yüksək nəticə qazanmaq istədiklərini bildirib:
“İlk dəfə Çempionlar Liqasında iştirak etsək də, ən yüksək yerləri tutmağı arzulayırıq. Təlim-məşq toplanışlarımız yaxşı keçdi. Bir neçə ölkədə olduq və hər birində yoxlama oyunları keçirdik.
Əsas məqsədimiz Çempionlar Liqasındakı oyuna tam hazır olmaqdır. Hədəfimiz mərhələni keçmək olacaq”.
Qeyd edək ki, “Turan” CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Mladost”la qarşılaşacaq. İlk oyun oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və saat 19:00-da başlayacaq.
