Voleybolçu qızlardan ibarət U-20 millimiz İzmirdə hazırlıq keçəcək

6 Oktyabr 2026 11:04
76
Voleybolçu qızlardan ibarət U-20 millimiz İzmirdə hazırlıq keçəcək

Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Avropa çempionatının birinci təsnifat mərhələsində (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək milli hazırlıq məqsədilə bu gün İzmirə yola düşüb. Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma yerli klublarla bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.

İdman.Biz
Məqalədə: