Vüqar Bayramov millinin kapitanı oldu

20 May 2026 11:57
115
Vüqar Bayramov millinin kapitanı oldu

Boris Qrebennikovun rəhbərlik etdiyi kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Liqasındakı kapitanı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, yığmanın kapitanı funksiyası Vüqar Bayramova həvalə olunub. Milli komanda qitə yarışında onun kapitanlığı altında mübarizə aparacaq.

Azərbaycan millisi Avropa Liqasında çıxış edəcək komandalar sırasındadır. Komandamız 5-7 iyun tarixində İsveçdə iki oyun keçirəcək. Komandamız Yunanıstan və İsveç yığması ilə üzləşəcək.

12-14 iyun tarixində Rumınyada keçiriləcək qarşılaşmalarda isə komandamızın rəqibləri ev sahibi millisi və İspaniya yığması olacaq.

19-21 iyun tarixlərində Azərbaycanda keçiriləcək oyunlarda komandamız Macarıstan və Portuqaliya milliləri ilə qüvvəsini sınayacaq.

Komandanın yekun heyəti yaxın günlərdə açıqlanacaq. Bundan sonra millinin turnirə hansı voleybolçularla qatılacağı tam dəqiqləşəcək.

Qeyd edək ki, millinin bundan əvvəl kapitanı Kənan Allahverdiyev olub.

İdman.Biz