Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.
İdman.Biz Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Boris Qrebennikov turnirdə iştirak edəcək heyətə 14 oyunçu daxil edib.
Heyətdə altı hücumçu, dörd orta oyunçu, iki toppaylayıcı və iki libero yer alıb.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Asif Əliyev, Nihad Qasımov.
Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikovdur. Ona Akif Vəliyev və Eldar Əliyev kömək edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. Komandamız turnir çərçivəsində İsveç və Yunanıstan yığmaları ilə qarşılaşacaq.
