Kişi voleybol millimiz Ankarada sınaq görüşləri keçirəcək

1 İyun 2026 11:43
94
Kişi voleybol millimiz Ankarada sınaq görüşləri keçirəcək

Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyunda İsveçdə keçirəcək. Yığmamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.

İdman.Biz