Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-instruktoru, professor Cengiz Akarçeşme Azərbaycanın qız voleybolçulardan ibarət U-14 yığmasının qonağı olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Komandanın məşq prosesini izləyən mütəxəssis voleybolçularla söhbət edib və onlara tövsiyələrini verib.

