Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq oyuna təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
O, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsində - noyabrın 27-də İstanbulda keçiriləcək “THY İstanbul” - “Avarca Menorca” (İspaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
