Transfermarkt statistika saytının əməkdaşı Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun 2018-ci ildə bazar dəyəri ilə razılaşmadığı üçün sosial mediada portalı izləmədiyini danışıb.
İdman.Biz bildirir ki, bu mövsüm Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya milli komandasında 17 oyun keçirib, 16 qol vurub və iki məhsuldar ötürmə edib.
“Oyunçular Transfermarkt-a diqqət yetirirlər. Buna bariz nümunə olaraq, 34 yaşında 2018-2019-cu illər arasında bazar dəyərinin 120 milyon avrodan 75 milyon avroya düşməsindən qəzəblənən və bizi bloklamaq qərarına gələn Kriştianu Ronaldunu göstərmək olar. Amma xoşbəxtlikdən hər şey yaxşı başa çatdı: Kriştiano ötən il yenidən bizimlə müqavilə imzaladı”, - Sport.es Transfermarkt əməkdaşının sözlərini sitat gətirir.
