Kompani Noyerin “Arsenal”la oyundakı davranışı barədə: “Hansı səhvdən danışırsınız?”

Xəbərlər
28 Noyabr 2025 19:38
25
Kompani Noyerin “Arsenal”la oyundakı davranışı barədə: “Hansı səhvdən danışırsınız?”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 5-ci turunda “Arsenal” ilə oyunda komandasının qapıçısı Manuel Noyerin oyununu şərh edib.

İdman.Biz bildirir ki, oyun 3:1 hesabı ilə “Arsenal”ın qələbəsi ilə qurtarıb.

“Hansı səhvdən danışırsınız? Bu məsələdə fərqli bir fikrim var: qapıçı nə etməlidir? Topla təkbətək qalana qədər gözləməlidirmi? Yoxsa komanda yoldaşının köməyinə gedib yarımmüdafiədəki vəziyyəti təxmin etməlidirmi? Bu sual məni bir az təəccübləndirdi; ilk dəfədir ki, bunun səhv olduğunu eşidirəm”, - “Footmercato” Kompaninin sözlərini sitat gətirir.

“Bavariya”nın qapıçısı ingilis klubu üçüncü qolunu vuran məqamda meydançanın ortasında qaçaraq Qabriel Martinellinin əks-hücumunu dayandıra bilməyib.

Çempionlar Liqasının beş oyunundan sonra “Bavariya”nin 12 xalı var və turnir cədvəlində üçüncü yerdədir. “Arsenal” 15 xalla liderlik edir.

İdman.Biz