PSJ “Monako” ilə oyundan əvvəl Mendeşin zədələndiyini bildirib

Xəbərlər
28 Noyabr 2025 18:48
22
PSJ “Monako” ilə oyundan əvvəl Mendeşin zədələndiyini bildirib

Liqa 1-in 14-cü turunda “Monako” ilə sabah keçiriləcək qarşılaşmadan əvvəl PSJ-nin 23 yaşlı portuqaliyalı müdafiəçisi Nunu Mendeş zədələnib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Tottenhem”lə matçda sağ budundan yüngül zədə aldıqdan sonra Nunu Mendeş yaxın bir neçə gün ərzində müalicə alacaq”, - klubun rəsmi saytındakı açıqlamada bildirilir.

Bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 16 oyunda iştirak edib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib.

Fransa liqasında oynanılan 13 oyundan sonra PSJ 30 xala malikdir və turnir cədvəlinə başçılıq edir. “Monako” 20 xalla səkkizinci yerdədir.

İdman.Biz

Məqalədə: