“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runinin Erlinq Holandın cari Premyer Liqa mövsümünün ən yaxşı üç oyunçusu siyahısından çıxarmasına münasibət bildirib.
İdman.Biz bildirir ki, “qırmızı şeytanlar”ın keçmiş hücumçusu əvvəllər Antuan Semenyonun (“Bornmut”), Brayan Mbemonun (“Mançester Yunayted”) və Viktor Dyökeresin (“Arsenal”) namizəd olduğunu bildirib.
“Onun fikridir, vacib deyil. Bu, problem deyil. Erlinq bu mövsüm inanılmaz olub. O, bütün rekordları qırıb və Premyer Liqada və Norveç milli komandasında bir çox şəxsi və fərdi rekordları qırmağa davam edir. Mən ona və milli komandasına görə məmnunam”, - Qvardiola deyib.
Holandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, norveçli futbolçunun bazar dəyəri 180 milyon avrodur.
